RU

“B-04” metrostansiyası ilin sonunadək istifadəyə veriləcək - RƏSMİ

Bakı.Trend:

Bakı Metropoliteninin Bənövşəyi xətti üzrə inşa edilən “B-04”metrostansiyasının ilin sonunadək istismara verilməsiplanlaşdırılır.

Trend xəbərverir ki, bu barədə bu gün “Bakı Metropoliteni” QSC-nin TikintiLayihələrinin İdarəedilməsi departamentinin rəisi Məmməd Rzayevjurnalistlərə açıqlamasında bildirib.

“B-04” stansiyası üzrə tikinti işləri planlaşdırılandan dahasürətlə davam edir. İşlərin ilin sonunadək tamamlanaraq stansiyanınistismara verilməsi nəzərdə tutulur”, - qurum rəsmisi bildirib.

Qeyd edək ki, Cəlil Məmmədquluzadə küçəsində - Heydər Əliyevadına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanaarasındakı ərazidə yerləşən “B-04” stansiyası Bənövşəyi xəttin 4-cüyeraltı, ümumilikdə isə 5-ci stansiyası olacaq.

Избранный
4
2
az.trend.az

3Источники