RU

Azərbaycanda restoranda kütləvi zəhərlənmə

Şirvan şəhərində yerləşən restoranlardan birində kütləvi zəhərlənmə olub.


Manset.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 7-də Şirvanda fəaliyyət göstərən iaşə obyektlərindən birində qəbul etdikləri qidadan 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Избранный
1
14
manset.az

10Источники