RU

Remzi futboldan gedəndə də kimisə ''öldürdü''

Tanınmış uelsli yarımmüdafiəçi Aaron Remzi futbolla vidalaşmaq qərarına gəlib. 35 yaşlı futbolçu öz ''instaqram'' səhifəsində karyerasını bitirdiyini açıqlayıb: ''Bu qərarı qəbul etmək asan olmadı. Uzun müddət düşündükdən sonra futboldan getməyə qərar verdim''. Remzi Uels yığmasına, şərəfini qoruduğu bütün klublara, eləcə də bütün bu illər ərzində onun yanında olan ailəsinə təşəkkürünü bildirib. Peşəkar karyerasına ''Kardiff''də start verən futbolçu uzun illər (2008-19) ''Arsenal''ın şərəfini qoruyub. London nəhəngindən sonra ''Yuventus'', ''Reyncers'' və ''Nitsa''da top qovub. 2023-də yenidən ''Kardiff''ə qayıdan Remzi son olaraq Meksika təmsilçisi ''Pumas''ın uğurları üçün tər tökürdü. ''Arsenal'' ilə 3 dəfə ölkə kubokunu, bir dəfə ölkə superkubokunu yazanan futbolçu ''Yuve'' ilə A seriyasının qalibi olub. Remzi bir ara qeyri-adi bir ''özəlliyinə'' görə sosial şəbəkələrdə çox populyar idi. Belə ki, o, hər dəfə qol vurduqda hansısa populyar bir sima dünyasını dəyişirdi. Maraqlıdı ki, o, karyerasını bitirməyə qərar verdiyi gün Mirça Luçesku dünyasını dəyişdi.

Избранный
29
1
football-plus.az

2Источники