RU

21-ci əsrdəki rekord yeniləndi

Misli premyer-liqasında məhsuldar turlar seriyası davam edir.

"Football-plus.az" xəbər verir ki, 26-cı turda 23 qol vurulub. Orta məhsuldarlıq 3,83-ə bərabərdi.

Bu göstərici ardıcıl 4-cü dəfə 3 və ya daha yüksək olub. 23-cü turda 21 (3,50), 24-cü turda 19 (3,17), 25-ci turda 18 (3,00) qol vurulub.

3-cü dövrənin startından yaşanan bu məhsuldarlıq seriyası Azərbaycan çempionatlarının yüksək dəstəsində 21-ci əsrin rekordudu.

Daha uzun seriya 2000/01 mövsümünün ilk yarısına təsadüf edib. Həmin vaxt 2-7-ci turlarda ardıcıl 7 dəfə orta məhsuldarlıq 3 və ya daha yüksək olub. Sonrakı illərdə isə belə seriyalar 3 turdan uzun sürməyib.

Избранный
33
11
football-plus.az

10Источники