RU

Göyçayda avtobus “VAZ”la toqquşdu Xəsarət alanlar var VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Göyçay şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza aprelin 8-də səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan 23-AA-101 dövlət nömrə nişanlı “Hyundai” markalı avtobus 08-BB-524 dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobillə toqquşub.

İlkin məlumata əsasən, qəzaya səbəb avtobus sürücüsünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, “VAZ”ın sürücüsü və sərnişini xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
avtosfer.az

1Источники