RU

Yol nəqliyyat hadisələrinin əsas səbəblərindən biri sürücünün diqqətinin yayınmasıdır Mütəxəssis

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Hərəkət zamanı sürücünün diqqətinin yayınması yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri hesab olunur. Xüsusilə avtomobildə əlavə qurğuların quraşdırılması sürücünün diqqətini yoldan ayıra və qəza riskini artıra bilər”.

Bunu nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı 525.az-a söyləyib.

Ekspertin sözlərinə görə, avtomobilin alın şüşəsinə telefon tutacağı, video qeydiyyatçı və digər hər hansı əlavə cihaz sürücünün diqqətini yayındırır:

“Bu cihazları avtomobilin elə bir hissəsinə yapışdırmaq olar ki, hər hansı problem yaratmasın. Məsələn, sürücünün görə biləcəyi ən üst yerlərə və yaxud da aşağıda alətlər panelinə yapışdırmaq olar. Amma alın şüşəsinin müəyyən nöqtələri var ki, sürücünün görüntü imkanını məhdudlaşdıra bilər, hər hansı piyada vurma və yaxud digər maneəyə çırpılma kimi hallar yarada bilər. Yəni kor nöqtə əmələ gətirə bilər”.

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
42
525.az

1Источники