RU

PAŞA Bank Biznes tətbiqi yeniləndi

(®) PAŞA Bank biznes, müştəriləri üçün nəzərdə tutulan mobil tətbiqinin yenilənmiş versiyasını istifadəyə verib.

Bu tətbiqdə “Tarifim”, “Linklə ödəniş” və “Onlayn biznes krediti” kimi məhsullar istifadəçilərə təqdim olunur. Əsas əməliyyatlar bir ekranda cəmlənərək, ödənişlər, mübadilə, çıxarışlar və kartların idarəsi daha sürətli və rahat şəkildə həyata keçirilir.

Tətbiq fərdiləşdirmə imkanları (qaranlıq/işıqlı rejim və rəng seçimi), canlı dəstək və müraciətlərin izlənməsi, eləcə də qeydiyyatsız istifadə imkanı verən qonaq rejimi ilə istifadəçi təcrübəsini daha da rahat edir.

PAŞA Bank rəqəmsal həllərini davamlı inkişaf etdirərək biznes müştərilərinə daha çevik və səmərəli xidmətlər təqdim edir. Bank korporativ, kiçik və orta bizneslər üçün investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi və aktivlərin idarə olunması istiqamətlərində geniş xidmət portfeli ilə çıxış edir.

Qeyd edək ki, PAŞA Bank beynəlxalq reytinq agentliyi Standard & Poor's 2026-cı ildə PAŞA Bank-ın kredit reytinqini "BB-/B" səviyyəsində “Pozitiv” proqnoz ilə təsdiqləyib. Bank eyni zamanda International Investor Magazine tərəfindən 2026-cı il üzrə "Azərbaycanın ən yaxşı bankı" və "Azərbaycanın ən yaxşı KOS bankı" seçilib. 2024–2025-ci illərdə Euromoney, Global Finance və Stevie Awards tərəfindən də bir sıra beynəlxalq mükafatlara layiq görülüb, o cümlədən Stevie Awards-da "İlin şirkəti" nominasiyasında "Gold Stevie" mükafatını qazanan ilk Azərbaycan bankı olub.

PAŞABankmobiltətbiqyenilənmişversiyaTarifimLinkləödənişOnlaynbizneskreditifərdiləşdirməqaranlıqrejimişıqlirejimrəngseçimicanlıdəstəkmüraciətlərinizlənməsiqonaqrejimiraqəmsalhəllərbiznesmüştərilərinvestisiyabankçılığıticarətinmaliyyələşdirilməsiaktivlərinidarəolunmasıStandard&Poor'sBB-/BpozitivproqnozInternationalInvestorMagazineAzərbaycanınenyaxşıbankıAzərbaycanınenyaxşıKOSbankıEuromoneyGlobalFinanceStevieAwardsGoldStevie
Избранный
3
4
marja.az

5Источники