RU

"Azəriqaz" rəhbərliyi vətəndaşları bu dəfə Laçında qəbul edəcək - FOTO

SOCAR-ın "Azəriqaz" İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu 10 aprel saat 11:00-da Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında (Ünvan: Laçın şəhəri, H. Əliyev küçəsi 96) baş tutacaq.

Moderator.az xəbər verir ki, görüş zamanı Laçın rayonundan olan sakinlərin müraciətləri dinləniləcək.

"Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Qarabağ Regional Qaz İstismarı İdarəsinə (tel: 050-844-40-03; 050-844-40-41) müraciət edə bilərlər", - məlumatda deyilir. 

Избранный
2
9
moderator.az

10Источники