Əlcəzair Hərbi Hava Qüvvələrinə təhvil verilən beşinci nəsil Su-57E qırıcılarından biri ilk dəfə yüksək keyfiyyətli fotoşəkildə nümayiş etdirilib.
Herbiand.az bildirir ki, foto Telegram kanalda göstərilib.
Şəkildə Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus fərqli bir nişana malik Su-57 göstərilir. Təyyarə həmçinin, hamar konturları olan yeni iki rəngli kamuflyaj ilə fərqlənir.
Rusiya Aerokosmik Qüvvələri tərəfindən təhvil verilən təyyarələrə pikselli kamuflyaj verilib.
Bəxtiyar CƏFƏRLİ