RU

Hörmüz boğazında gəmilərin hərəkəti bərpa olunub

Atəşkəs elanından sonra Hörmüz boğazında gəmi hərəkəti bərpa olunub, bunu real vaxt rejimində dəniz nəqliyyatını izləyən dünyada aparıcı onlayn xidmət və tətbiq Marine Traffic X platformasında bildirib.

Milli.Az xəbər verir ki, atəşkəs elanından sonra Hörmüz boğazında gəmiçiliyin aktivliyində ilk əlamətlər müşahidə olunur. Danışıqların şərtlərindən biri kimi bu strateji dəniz yolunun müvəqqəti olaraq açılması nəzərdə tutulub.

"Regionda hələ də yüzlərlə gəmi, o cümlədən 426 tanker, mayeləşdirilmiş neft qazı (LPG) daşıyan 34 gəmi və mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan 19 gəmi mövcuddur. Onların bir çoxu əvvəlki fasilələr səbəbindən faktiki olaraq bloklanmış vəziyyətdə idi," - deyə Marine Traffic məlumat yayıb.

Hazırda gəmilərin ilk hərəkətləri qeydə alınır. Belə ki, artıq Hörmüz boğazını Yunanıstanın "NJ Earth" yük gəmisi və Liberiya bayrağı altında üzən "Daytona Beach" gəmisi keçib.

Bununla yanaşı, dünyanın ən böyük gəmiçilik şirkətlərindən biri olan Maersk, Tramp tərəfindən elan edilən atəşkəsə baxmayaraq Hörmüz boğazı üzərindən reysləri bərpa etməyəcəyini bildirib. Şirkət izah edib ki, marşrutun təhlükəsizliyinə dair açıqlamalara inanmır və "ehtiyatlı yanaşma" siyasətini davam etdirəcək.

Ayxan
Milli.Az

Избранный
11
milli.az

1Источники