RU

Atəşkəsdən sonra ilk gəmilər Hörmüz boğazından keçib

Bakı. Trend:

İranla ABŞ arasında atəşkəslə bağlı müvəqqəti razılaşmanın əldəolunmasından sonra ilk iki gəmi Hörmüz boğazından keçib.

Trend xəbər verirki, bu barədə dəniz nəqliyyatının real-vaxt monitorinqini həyatakeçirən “Marine Traffic” yazır.

Məlumata görə, Yunanıstana məxsus “NJ Earth” gəmisi Qrinviçvaxtı ilə 08.44-də (Bakı vaxtı ilə 12.44-də), Liberiya bayrağıaltında üzən “Daytona Beach” gəmisi isə Qrinviç vaxtı ilə 06:59-da(Bakı vaxtı ilə 10:59-da) Hörmüz boğazından uğurla keçib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardanbiri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaqöhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraqdanışıqlara hazırlaşırlar.

Məqalədə:
Избранный
28
az.trend.az

1Источники