Bu gün I Liqada 21-ci tur start götürəcək.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Çempionatda qalmaq «dava»sı aparan “Cəbrayıl”la “Zaqatala” Şamaxıda üz-üzə gələcək.
Turnir cədvəlinin ikinci pilləsində yer alan “Baku Sportinq“ isə MOİK-i qəbul edəcək. Buzovna təmsilçisi ordu komandasıyla dueldə büdrəsə, Premyer Liqaya vəsiqə ümidlərinin üstündən xətt çəkmiş olacaq.
“Baku Sportinq” – MOİK
Hakimlər: Alik Yunusov, Aydın Bəxşiyev, Məmmədəli Kərimov, Nazim Abdullayev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Buzovna qəsəbə stadionu, 15:30
“Cəbrayıl” – “Zaqatala”
Hakimlər: Şamil İmanzadə, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Niyaz Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldar Məmmədov
Şamaxı OİK stadionu, 15:30