RU

Toyda bəy gəlinə şillə vurdu - Görün anası nə etdi

Toy mərasimində baş verən xoşagəlməz hadisə həm iştirakçıları, həm də sosial şəbəkə istifadəçilərini sarsıdıb.

Publika.az xəbər verir ki, xarici mediaya istinadən yayılan məlumatlara görə, sosial şəbəkələrdə paylaşılan görüntülərdə bəyin toy günü gəlinə qarşı fiziki zorakılıq göstərdiyi anlar əks olunub.

Hadisə baş verən kimi gəlinin anası vəziyyətə dərhal müdaxilə edib. Kadrlarda onun qızını bəyin yanından uzaqlaşdıraraq toy məkanını tərk etdiyi açıq şəkildə görünür.

Yaşanan insidentdən sonra toy mərasimi dayandırılıb. Zalda çaşqınlıq yaranıb, qonaqlar isə vəziyyət qarşısında nə edəcəklərini bilməyiblər.

Избранный
4
1
publika.az

2Источники