Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 8 aprel, AZƏRTAC
BMT-nin Baş katibi Antonio Quterreş ABŞ ilə İran arasında ikihəftəlik atəşkəs elan edilməsini alqışlayıb.
AZƏRTAC xəbər verir ki, o, Yaxın Şərqdəki münaqişənin bütün tərəflərini beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə, regionda davamlı və hərtərəfli sülhün yolunu açmaq üçün atəşkəsə riayət etməyə çağırıb.
BMT rəhbərinin mətbuat xidməti tərəfindən yayımlanan bəyanatda mülki şəxslərin qorunması və onların əzablarını yüngülləşdirmək üçün hərbi əməliyyatların təcili dayandırılmasının zəruri olduğu bildirilir.
Quterreş, həmçinin atəşkəsə kömək edən Pakistanın və digər ölkələrin səylərinə görə səmimi təşəkkürünü bildirib.
Baş katibin Yaxın Şərq üzrə şəxsi elçisi Jan Arno davamlı sülhün təmin edilməsi səylərini dəstəkləmək üçün regiondadır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.