RU

Türkiyə İrana humanitar yardım göndərdi

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə İrana tibbi lavazimatlarla dolu humanitar göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu özünün "X" sosial media hesabında yazıb.

"Əvvəl insan prinsipi ilə könül coğrafiyamızın hər guşəsindəki məzlumlara dəstək olmağa, yaraları sağaltmağa və ümidləri yenidən cücərtməyə davam edirik. Bu inamla hazırlanmış tibbi ləvazimat və avadanlıqlarla yüklənmiş yardım TIR-larımız qonşu İrana doğru yola çıxıb. İnsanı həyatını diqqətdə saxlayan bir yanaşma ilə sahib olduğumuz bütün imkanları şəfa gözləyənlər üçün səfərbər etməyi davam etdirəcəyik", - nazir qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
8
5
bakivaxti.az

6Источники