RU

ABŞ və İran arasında atəşkəs bitdi?

İran və ABŞ arasında atəşkəs pozulub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə İranın Dövlət Televiziyası məlumat yayıb.

Bildirilib ki, aprelin 8-də səhər saatlarında İranın Lavan adasındakı neft obyektlərinə hava zərbələri endirilib. İslam Respublikası buna cavab olaraq Küveyt və Birləşmiş Ərəb Əmirliklərinə raket və pilotsuz təyyarələrlə hücumlar həyata keçirib.

İran Milli Neft Emalı və Paylama Şirkətindən bildirilib ki, adadakı Lavan Neft Emalı Zavodu səhər saat 10-da hücuma məruz qalıb.

Küveyt çərşənbə günü İran-ABŞ atəşkəsinin qüvvəyə minməsindən bir neçə saat sonra yerli vaxtla səhər saat 8-dən etibarən davam edən İran hücumlarının elektrik və duzsuzlaşdırma zavodlarına, eləcə də neft obyektlərinə ziyan vurduğunu bildirib.

Küveyt ordusu “X”-da bildirib ki, bu gün səhər saat 8:00-dan etibarən Küveyt Hava Hücumundan Müdafiə Qüvvələri İranın güclü hücum dalğası ilə üzləşərək Küveyti hədəf alan 28 dronu zərərsizləşdirib.

Küveyt ordusu çox sayda İran dronunun ələ keçirildiyini, lakin hücumların neft obyektlərinə, elektrik stansiyalarına və suyun duzsuzlaşdırılması zavodlarına ciddi maddi ziyan vurduğunu açıqlayıb.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyi də ölkənin İran tərəfindən raket və dron hücumuna məruz qaldığını bildirib.

“BƏƏ-nin Hava Hücumundan Müdafiə Qüvvələri hazırda İrandan gələn raket və dron hücumları ilə mübarizə aparır”.

Hücumlar zamanı ölən və yaralıların olması ilə bağlı məlumat verilməyib.

Aytac Əliyeva


Telegram kanalımız
Избранный
24
20
yenisabah.az

10Источники