RU

Dollar ucuzlaşdı – Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Dünyada yaşanan iqtisadi çətinliklər dolların digər valyutalara nisbətdə zəifləməsinə səbəb olub.

Enerji ticarətində ənənəvi olaraq əsas valyuta dollar olsa da, son dövrlər alternativ valyutalara da maraq artır. Məlumata görə, körfəz dövlətləri ilk dəfə olaraq neft və nəqliyyatla bağlı ticarəti Çin yuanı ilə etməyə başlayıblar. Hörmüz boğazından keçid üçün də yuan ödənilir. Bütün bunlar isə dolların mövqeyini istər-istəməz zəiflədir.

Yaranmış vəziyyətdə dolların məzənnəsi manat qarşısında da dəyişə bilərmi?

AzNews.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, dolların dünyada zəifləməsi avtomatik olaraq onun manat qarşısında da ucuzlaşması demək deyil:

“ABŞ dolları digər valyutalara qarşı zəiflədikdə bu, adətən qlobal maliyyə bazarlarında baş verən proseslərin nəticəsi olur. Amma Azərbaycan manatı ilə münasibətdə vəziyyət bir qədər fərqlidir. Azərbaycanda məzənnə tam sərbəst bazar prinsipləri ilə deyil, əsasən Azərbaycan Mərkəzi Bankı tərəfindən formalaşır. Bu səbəbdən dolların dünyada zəifləməsi avtomatik olaraq onun manat qarşısında ucuzlaşacağı anlamına gəlməməlidir”.

Ekspert qeyd edib ki, manatın sabitliyi daha çox ölkəyə daxil olan valyuta axınlarından, xüsusilə neft və qaz gəlirlərindən asılıdır:

“Enerji qiymətləri yüksək olduqda ölkəyə daha çox dollar daxil olur və bu da manatı sabit saxlayır”.

A.Nəsirlinin fikrincə, qlobal miqyasda dollar zəifləsə də, Azərbaycanın tədiyə balansı güclü qalırsa və Mərkəzi Bank mövcud məzənnəni qorumağa davam edirsə, dollar/manat kursunda ciddi dəyişiklik olmaya bilər:

“Yalnız böyük iqtisadi şoklar, enerji gəlirlərində kəskin azalma və ya pul siyasətində dəyişiklik olarsa, məzənnədə hərəkət mümkündür. O da hələ gözlənilmir. Qısaca desək, dolların dünyada zəifləməsi manat qarşısında da zəifləyəcəyi anlamına gəlmir, çünki manatın məzənnəsi daha çox daxili iqtisadi faktorlar və dövlətin valyuta siyasəti ilə müəyyən olunur”.

Избранный
10
2
aznews.az

3Источники