RU

Ərdoğandan atəşkəsə reaksiya: Çox məmnunuq!

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "28 fevraldan bəri bölgəmizi döyüş meydanına çevirən müharibədə dünən gecə elan edilən atəşkəsdən məmnunuq" dedi.

Turkustan.az xəbər verir ki, Ərdoğan ABŞ, İsrail və İran arasında 40 günlük müharibədən sonra elan edilən atəşkəsi alqışladığını bildirib.

Prezident Ərdoğan sosial media hesabında paylaşım edib.

Ərdoğan bildirib ki, 28 fevraldan bəri bölgəmizi döyüş meydanına çevirən müharibədə dünən gecə elan edilən atəşkəsdən məmnunuq. Ümid edirik ki, atəşkəs mümkün təxribatlara və sabotajlara imkan vermədən yerində tam şəkildə tətbiq olunacaq.

Atəşkəsdə iştirak edən ölkələrə təşəkkür edən Ərdoğan bildirib: "Atəşkəsə aparan prosesdə əməyi keçən bütün aktyorları, xüsusən də dostumuz və qardaşımız Pakistanı ürəkdən təbrik edirik. Müharibə, münaqişə, gərginlik və zülmdən çox əziyyət çəkən bölgəmizin ən qısa zamanda sülhə, əmin-amanlığa və sabitliyə nail olmasını səmimi qəlbdən arzulayırıq. Türkiyə bölgədə və dünyada sülh üçün səsini ucaltmağa davam edəcək".

Aytən Yaşar/ Turkustan.az

Избранный
37
turkustan.az

1Источники