RU

Azərbaycanda ən çox hansı plastik əməliyyatlara müraciət olunur? - Baş həkimdən AÇIQLAMA

"Ən çox müraciət olunan əməliyyatlara ümumi baxdıqda birinci yeri burun əməliyyatı, rinoplastika tutur. Yəni bu, bizim millətin, ölkənin ən həssas mövzusudur".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin instaqram səhifəsində canlı yayım zamanı Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının baş həkimi Dilqəm Məmmədov dedi.

Həkim əlavə etdi ki, ikinci növbədə ən sıx müraciət olunan əməliyyatlar süd vəzi cərrahiyyəsidir:

"Buraya süd vəzi böyütmə, kiçiltmə və toparlama əməliyyatları daxildir. Təəssüf hissi ilə qeyd edirəm ki, son zamanlarda süd vəzi rekonstruksiyası və süd vəzi xərçəngi halları artıb. Onkoloqlar əməliyyatı icra edib süd vəzini götürdükdən sonra xəstələr bizə yenidən süd vəzinin bərpası üçün müraciət edir. Əvvəllər, məsələn, mən assistent olduğum dövrdə bu əməliyyatları əsasən 60-65 yaş aralığında icra edirdik. Bu gün isə 14-15, 18 yaşında süd vəzi xərçəngi olan kifayət qədər xanımlar var. Bu xanımlar gənc yaşda süd vəzi götürüldükdən sonra süd vəzisiz qalmamaq üçün müraciət edir. Üçüncü sırada isə bədən şəkilləndirmə əməliyyatları yer alır. Bədən şəkilləndirmə dedikdə təbii bədən formalaşdırılması nəzərdə tutulur. Yenə vurğulayıram, söhbət təbii bədən şəkilləndirmədən gedir. Burada “ana estetikası” ifadəsini istifadə edə bilərəm. Xanımlar uşaq dünyaya gətirib süd verdikdən sonra həm hormonal, həm də hamiləliklə bağlı dəyişikliklər yaşayır. Süd vəzisinin sallanması, qarında yırtıqlar, dəridə çatlar yaranır. Bu hallar əvvəlki vəziyyətlərini bildikləri üçün xanımlarda ciddi psixoloji narahatlıq yaradır. Qarın əməliyyatları və doğuşdan sonra aparılan bərpa əməliyyatları üçüncü-dördüncü sırada yer alır. Dördüncü sırada isə üzgərmə əməliyyatları gəlir və proses mərhələli şəkildə davam edir".

Onun sözlərinə görə, rekonstruktiv əməliyyatlara gəldikdə, bu sahədə birinci yeri əl cərrahiyyəsi və yanıq cərrahiyyəsi tutur:

"Çünki əl cərrahiyyəsi hallarının 99.9 faizi iş qəzaları ilə bağlı olur. Yəni əsasən iş yerlərində baş verən travmalar üstünlük təşkil edir. Nadir hallarda isə bayramlardan sonra, xüsusilə Qurban bayramından sonrakı günlərdə xanımlar mətbəxdə işləyərkən bıçaqla əl və qol nahiyəsində xəsarətlər alır və müraciət edir. Lakin əsas səbəb yenə də iş qəzalarıdır. Üçüncü sırada konjenital anomaliyalar yer alır, xüsusilə dovşandodaqlıq, qurdağızlıq və digər malformasiyalar. Daha sonra bu problemlər mərhələli şəkildə digər müdaxilələrə yönləndirilir. Dördüncü sırada isə əməliyyata bağlı patologiyalar dayanır. Buraya süd vəzi əməliyyatlarından sonra qoltuqaltı limfa düyünlərinin təmizlənməsi nəticəsində qolda yaranan şişkinliklər, ayaqda şişlər, qasıq nahiyəsində limfa düyünlərinin götürülməsindən sonra yaranan durğunluqla bağlı problemlər daxildir. Bundan əlavə, dəri şişləri də bu kateqoriyada yer alır".

NURİYYƏ

Избранный
17
redaktor.az

1Источники