RU

Bakının bu ərazilərində sürüşmə təhlükəsi var - SİYAHI AÇIQLANDI

“Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətindən Bibiheybətə doğru gedən yolun kənarında torpaq uçqununun baş verməsi yaxşı hal deyil”.

Bu fikirləri “Cebheinfo.az”-a Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitunun Landşaftşünaslıq və Təbiətdən istifadə laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru Mirnuh İsmayılov bildirib.

Onun sözlərinə görə, çünki o yol kifayət qədər avtomobillərlə yüklənib:

“Şəhərin qərb və cənub rayonlarına açılan ən böyük yollarından biridir. Belə hadisənin baş verməsi təəssüf doğurur. Ona görə də həmin yamaclarda müəyyən yamacbərkitmə işlərinin həyata keçirilməsi, sürüşməyə hazır olan qaya parçalarının möhkəmləndirilməsi lazımdır.

Bu işə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri də cəlb olmalıdır: Onlar bu işi həyata keçirə bilər. Məsələn, onların Bakı dairəvi yolunda onların yamacbərkitmə işlərini görmüşəm, xoşuma gəlib. Ancaq orada da bəzi yerdə yamacbərkutmə işləri görülməyib, həmin hissələrdə sürüşmələr müşahidə edilir və təhlükəli sahələr vardı. 

Bundan başqa Masazırda, Qaraçuxur kimi ərazilərdə su basmış evlər var. Bunu da relyefin çökək olması, gölün doldurulması ilə bağlı tikilən evlər və yeraltı kanal kollektorların yaxşı işləməməsilə əlaqələndirirlər. Bunlar hamısı doğrudur.

Ancaq yadda saxlamaq lazımdır ki, oraya yığılan su yeraltı sulara keçir və bu müəyyən ərazilərdə sürüşməni, yol çökməsi, torpaq uçqunlarına səbəb olur. Bakı infrastrukuru üçün müəyyən təhlükə yaradır. Əhalinin həyat fəaliyyətini pozur. Bu baxımdan, sürüşmə və torpaq uçqunlarına qarşı çox diqqətli olmaq lazımdır.

Yeni Günəşli yaylası, Gəncə prospektinin yamacları Masazırdakı ərazilərdə təhlükəli sürüşmə sahələri var. Köhnə Günəşli, Əhmədli yaylasının da yamaclarında sürüşmə təhlükəsi olan ərazilər var, amma bu dəfə sürüşmə halı qeydə alınmayıb.

Gələcək sürüşmələrə qarşı da müəyyən tədbirlərin görülməsi vacibdir. Sürüşmələr Bakı və Abşeron yarımadası üçün xarakterikdir. Sadəcə olaraq, antropogen fəaliyyətin nizamlanması, dövlət icra orqanlarının məskunlaşma apararkən diqqətli olması, infrastruktur layihələrini həyata keçirilməsi zamanı relyef xüsusiyyətləri, geomorfoloji şərait diqqətlə nəzərə alınmalıdır. Məhz bunlar nəzərə alınarsa, sürüşmə prosesləri də zəifləyər”.    

Избранный
21
cebheinfo.az

1Источники