RU

İsrail ordusu Livana ən böyük zərbəni endirdiyini bildirib

İsrail Livanda “Aslanın Nəriltisi” əməliyyatının başlanmasından bəri “Hizbullah”ın infrastrukturuna ən böyük zərbəni endirib.

Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumata görə, IDF Beyrut, Bəkaa vadisi və Livanın cənubunda “Hizbullah”a məxsus təxminən 100-ə yaxın qərargah və hərbi infrastruktura zərbə endirib.

Bildirilir ki, təşkilatın kəşfiyyat qərargahları və əsas mərkəzləri, raket buraxılışları və dəniz əməliyyatlarına cavabdeh olan hərbi infrastrukturlar, “Radvan qüvvələri” və 127-ci hava bölməsinə aid obyektlər zərbəyə məruz qalıb.

Qeyd olunur ki, hədəfə alınan obyektlərin əksəriyyəti mülki əhalinin yaşadığı ərazilərdə yerləşirdi və bu, “Hizbullah”ın öz obyektlərini qorumaq üçün mülki şəxslərdən “canlı qalxan” kimi istifadə etdiyini göstərir. Hücumlardan əvvəl mülki itkilərin minimuma endirilməsi üçün tədbirlər görüldüyü bildirilir.

Избранный
16
4
apa.az

5Источники