RU

İsrail “Aslanın nəriltisi” əməliyyatının başlanmasından bəri Hizbullaha ən böyük zərbəni endirib

İsrail “Aslanın nəriltisi” əməliyyatının başlanmasından bəri Hizbullahın infrastrukturuna ən böyük zərbəni endirib.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumata görə, IDF Beyrut, Bəkaa vadisi və Livanın cənubunda Hizbullaha məxsus təxminən 100-ə yaxın qərargah və hərbi infrastruktura zərbə endirib.

Bildirilir ki, təşkilatın kəşfiyyat qərargahları və əsas mərkəzləri, raket buraxılışları və dəniz əməliyyatlarına cavabdeh olan hərbi infrastrukturlar, “Radvan qüvvələri” və 127-ci hava bölməsinə aid obyektlər zərbəyə məruz qalıb.

Qeyd olunur ki, hədəf alınan obyektlərin əksəriyyəti mülki əhalinin yaşadığı ərazilərdə yerləşib və bu, Hizbullahın öz obyektlərini qorumaq üçün mülki şəxslərdən “canlı qalxan” kimi istifadə etdiyini göstərir.

Hücumlardan əvvəl mülki itkilərin minimuma endirilməsi üçün tədbirlər görüldüyü bildirilir.

Избранный
3
4
apa.az

5Источники