RU

Kanada və Avropa Hörmüzdə naviqasiya azadlığını təmin etməyə hazırdır

Bir sıra Avropa ölkələri və Kanada ABŞ ilə İran arasında əldə olunan atəşkəs razılaşması fonunda Hörmüz boğazında naviqasiya azadlığını təmin etməyə hazır olduqlarını bildiriblər. 

HİT.az xəbər verir ki, bu barədə İtaliya hökumətinin mətbuat xidməti tərəfindən yayılan birgə bəyanatda qeyd olunur.

Birgə bəyanatı Fransa, İtaliya, Almaniya, Böyük Britaniya, Danimarka, Niderland, İspaniya və Kanada, həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa Şurasının prezidenti Antonio Koşta imzalayıb.

Liderlər ABŞ ilə İran arasında əldə olunan iki həftəlik atəşkəsi alqışlayıb, bu razılaşmanın əldə olunmasında iştirak edən Pakistan və digər tərəfdaşlara təşəkkür ediblər.

“Bizim hökumətlərimiz Hörmüz boğazında gəmiçiliyin azadlığının təmin olunmasına töhfə verəcək”, deyə bəyanatda bildirilir.

Qeyd edək ki, ABŞ və İran iki həftəlik atəşkəs barədə razılığa gəlib. 

Samir

Избранный
10
hit.az

1Источники