RU

Rabitəbank açıq tender elan edir

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

"Rabitəbank" ASC açıq tender elan edir. 

Tenderin adı: “ATM ehtiyat hissələrinin alınması”

Tenderin elan tarixi:  08.04.2026

Tenderin son tarixi:   20.04.2026, saat 17:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

İştirakçı şirkətin bu sahədə ən azı 2 il təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)

İşin icra müddəti qeyd edilməsi mütləqdir

Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli 

Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri

Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)

Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd

Şirkətin son 1 ildəki maliyyə hesabatı – rəsmi (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)

Şirkətin son 1 ildəki vergi borcunun  olmaması haqqında arayış-rəsmi(son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)

Təkliflərin qəbul edilməsi:

Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014,  Füzuli küç. 71) ünvanına göndərilməlidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
7
unikal.az

10Источники