RU

İsrailli nazir “Eşref Rüya” aktyorunu təhdid etdi – ŞOK QALMAQAL

Türkiyənin məşhur serialı Eşref Rüya-da “Kadir Baba” obrazını canlandıran aktyor Görkem Sevindik İsraildən gələn təhdidlər və sosial media hücumları ilə gündəmə gəlib.

NOCOMMENT.az xəbər verir ki, aktyor Fələstinli məhbuslarla bağlı çıxarılan edam qərarlarına etiraz edərək sosial mediada paylaşım edib. Bu paylaşım İsraildə geniş rezonans doğurub və ciddi reaksiyalara səbəb olub.

İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Gvir aktyoru hədəfə alaraq videomüraciət yayımlayıb. O, Sevindikə ünvanladığı mesajda təhqiramiz və təhdid xarakterli ifadələr işlədib.

Hadisədən sonra İsraildə seriala qarşı boykot çağırışları edilib. Sosial mediada aktyora qarşı təhdid mesajları yayılıb. Mövzu geniş ictimai müzakirəyə çevrilib. Görkem Sevindik məsələyə münasibət bildirərək deyib: “Paylaşımı bir ata və insan kimi empati hissi ilə etdim”.

Aktyor zülmə qarşı olduğunu vurğulayıb. Boykotların onun üçün önəmli olmadığını bildirib.

Aliyə,
NOCOMMENT.az

Избранный
40
29
nocomment.az

10Источники