Axsham.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, Xalq artisti Əvəz Abdullayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin Omana səfəri zamanı aktyorlara qonorar ödənilmədiyini iddia edib.
Axşam.az-ın məlumatına görə, opera ifaçısı aktyorların səfərdə 17 gün yalnız yemək qarşılığında işlədildiyini bildirib.
Teatr məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, Ə.Abdullayevin iddiası əsassızdır:
"Bu ilin yanvarında Oman Sultanlığının paytaxtı Maskat şəhərində yerləşən Kral Opera Teatrının səhnəsində dünyaşöhrətli italyan bəstəkarı Cakomo Puççininin “Toska” operasının premyeras baş tutub. Səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun müşayiəti ilə təqdim edilib. Azərbaycan yaradıcı kollektivinin Kral Opera Teatrı kimi məşhur sənət ocağında çıxışı musiqi mədəniyyətimizin beynəlxalq səviyyədə təbliği baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib. Qastrol çərçivəsində heyətin aviabiletlərinin alınması, yerləşdirilməsi və qidalanma qarşı tərəfdən ödənildiyi səbəbilə ayrıca ezamiyyə xərcləri qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmayıb. Qonorar ödənişləri ilə bağlı bildiririk ki, qarşı tərəfdən müvafiq maliyyə vəsaitləri köçürüldükdən sonra ödənişlər qanunvericiliyə uyğun olaraq 60 iş günü ərzində həyata keçiriləcəyi haqqında bütün iştirakçılar əvvəlcədən məlumatlandırılıb. Diqqətinizə çatdırmaq istəyirik ki, bu ödənişlər artıq gerçəkləşdirilib".
Qeyd edək ki, Ə.Abdullayev Oman səfəri haqda "Direktorun onlara işi üçün təklif edə biləcəyi tək otel və gündə üç dəfə yemək idi. Yəni musiqiçiləri yalnız yemək üçün 17 gün işlətdilər. Təxminən iki ay keçdi. İşçilər işlərinə görə ən azı simvolik ödəniş istəyəndə onlara "Çox sağ ol deyin ki, sizi qastrola götürüblər" deyildi" açıqlamasını yayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.