Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə aprelin 9-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Newscenter.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, Ağstafa, Qazax, Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Kəlbəcər, Yevlax, Zərdab, Göyçay, Qusar, Balakən, Zaqatala, Şəki, Qax, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Neftçala, Goranboy, Daşkəsən, Naftalanda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bu da narıncı xəbərdarlığa uyğundur.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər rayonlarda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlıq deməkdir.
Anar