RU

"Qıcıqlandırıcı addımlar baş verməzsə, sülh ehtimalı olduqca yüksəkdir" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp İrana hücumu iki həftəlik dayandırdığını açıqlayıb.

Redaktor.az-a danışan politoloq Sədrəddin Soltan bildirdi ki, aprelin 10-dan qüvvəyə minəcək atəşkəs razılaşmasının davamlılığı, sülh prosesinə keçid və yekun sülh müqaviləsinin imzalanması birbaşa tərəflərin gələcək davranışlarından, apardıqları təbliğatdan, qarşılıqlı ritorikadan asılı olacaq:

"Xüsusilə İran tərəfinin, eləcə də rəsmi medianın və siyasi xadimlərin ABŞ və İsrailə qarşı kəskin çıxışları, habelə İranla bağlı silahlı qrupların bu ölkələrin maraqlarına zidd fəaliyyətləri münaqişənin yenidən alovlanması riskini yaradır. Eyni zamanda, ABŞ-nin İrana və ya ona yaxın qruplara qarşı hərbi əməliyyatları da bu həssas prosesi poza bilər".

Müsahibimizin sözlərinə görə, region ölkələri və beynəlxalq güclər arasında Çinin əsas təminatçı kimi çıxış etməsi prosesin müsbət istiqamətdə irəliləməsi üçün mühüm zəmindir.

"Atəşkəs rejiminin qəbul olunması hər iki tərəfin daxili maraqlarına uyğundur. ABŞ-də Donald Tramp administrasiyasına qarşı təzyiqlərin artması, İranda isə hakimiyyətdaxili qüvvələrin, o cümlədən keçmiş rəsmilərin müharibənin ölkəyə vurduğu ziyanı vurğulayaraq ona qarşı çıxmaları hər iki dövləti bu qərara sövq edib. Hər iki ölkədəki siyasi qüvvələrin müharibədən yorulması bu aktı hakimiyyətlər üçün qaneedici edir. Əlavə təhrikedici hadisələr və qıcıqlandırıcı addımlar baş verməzsə, sülhün bərqərar olması və ictimai etimadın qazanılması ehtimalı olduqca yüksəkdir", - deyə o yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Избранный
2
1
redaktor.az

2Источники