RU

Azərbaycan Gürcüstan əlaqələri: “Ölkələrimiz arasında enerji təhlükəsizliyi...”

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Bu gün Azərbaycan-Gürcüstan əlaqqələri özünün inkişafın və daha yetkin dövrünə qədəm qoyur. Hazırda iki ölkə arasında əlaqələr ən yüksək səviyyədədir. Bu baxımdan cənab Prezidentin Gürcüstana səfəri xüsusi əhəmiyyət daşıyır". 

Bunu “Cebheinfo.az”-a Prezident İlham Əliyevin aprelin 6-da Gürcüstana rəsmi səfəri ilə bağlı danışarkən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, bu gün ölkələrimiz arasında enerji təhlükəsizliyi, yükdaşımalar və digər sahələrdə sıx əməkdaşlıq mövcuddur:

"Eyni zamanda tərəflər qarşılıqlı şəkildə bir-birinin ərazisində sərmayə qoyuluşları həyata keçirirlər. Azərbaycan Gürcüstanın, Gürcüstan isə Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bu amillər münasibətlərimizin sürətlə inkişaf etdiyini bir daha təsdiqləyir". 

Ceyhun Məmmədov vurğulayıb ki, hər iki ölkənin əldə etdiyi uğurların daha da genişləndirilməsi və davamlı inkişafın təmin olunması vacibdir:

"Həm Gürcüstanın, həm də Azərbaycanın əldə etdiyi uğurların daha da genişləndirilməsi və davamlı inkişafının təmin olunmasına ehtiyac var. Bu baxımdan Prezidentin səfəri əlaqələrin daha da irəli aparılması üçün mühüm rol oynayır və prosesə ciddi töhfə verə biləcək əhəmiyyətli addımdır.

Şübhəsiz ki, görüş zamanı bir sıra vacib məsələlər ətrafında geniş və məhsuldar müzakirələr aparılıb. Tərəflər bir daha qarşılıqlı şəkildə ərazi bütövlüyünə dəstəyini ifadə edib, eyni zamanda əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar".

Əfsanə Rəcəb

"Cebheinfo.az"

Açar sözlər:

Azərbaycan-Gürcüstan Ceyhun Məmmədov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
1
cebheinfo.az

2Источники