RU

De Zerbinin “Tottenhem”ə istədiyi ilk futbolçu

“Tottenhem” 2025/26 mövsümünün sonunda Premyer Liqada yerini qoruya bilsə, yay transfer pəncərəsində heyətini gücləndirəcək.

Msport.az xəbər verir ki, London klubunun yeni baş məşqçisi Roberto De Zerbi artıq ilk transfer hədəfini müəyyənləşdirib.

“Fiorentina”nın hücumçusu Moyze Kin prioritet hədəf seçilib. 26 yaşlı italiyalı futbolçunun qiyməti “Transfermarkt” tərəfindən 40 milyon avro olaraq qiymətləndirilir. Kinin “bənövşəyilər”lə hazırkı müqaviləsinin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.

Roberto de Zerbi martın son günündə İqor Tudorun yerinə “Tottenhem”ə təyin olunub.

Избранный
6
3
msport.az

4Источники