RU

Səudiyyə Ərəbistanında strateji neft kəmərinə dron hücumu olub

Financial Times hücumun İran-ABŞ atəşkəsindən dərhal sonra baş verdiyinə diqqət çəkib...

Poliqon xəbər verir ki,Financial Times qəzetinin vəziyyətlə tanış iki mənbəyə istinadən yaydığı məlumata görə, Səudiyyə Ərəbistanında ölkənin şərqini qərbi ilə birləşdirən və Fars körfəzindən Qırmızı dənizə neft nəqlini təmin edən strateji boru kəməri dronla hücuma məruz qalıb.

Məlumata görə, çərşənbə günü yerli vaxtla saat 13:00 radələrində uzunluğu təxminən 1200 kilometr olan boru kəmərinin nasos stansiyalarından birinə zərər dəyib. Hadisə şahidlərindən biri bildirib ki, ziyanın miqyası hələ də qiymətləndirilir və dəqiq nəticələr açıqlanmayıb.

Qeyd olunur ki, sözügedən boru kəməri son dövrlərdə Səudiyyə Ərəbistanı üçün həyati əhəmiyyət kəsb edir. Belə ki, Saudi Aramco şirkəti Hörmüz boğazında risklərin artması səbəbindən neft ixracının bir hissəsini bu marşrut vasitəsilə Qırmızı dəniz istiqamətinə yönəldib.

Ekspertlərin fikrincə, bu kəmərin fəaliyyətində hər hansı fasilə qlobal enerji bazarına təsir göstərə bilər və neft qiymətlərində dalğalanmalara səbəb ola bilər.

Maraqlıdır ki, hücum barədə məlumatlar İran və ABŞ arasında atəşkəs razılaşmasının əldə olunmasından cəmi bir neçə saat sonra yayılıb. Bu isə regionda gərginliyin tam aradan qalxmadığını və enerji infrastrukturunun hədəf olaraq qalmaqda davam etdiyini göstərir.

Poliqon.info

Избранный
28
poliqon.info

1Источники