ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2025-ci ildə Birləşmiş Ərəb Əmirlikləri aeroportlarının rüsumsuz ticarət zonalarında 21 milyon transaksiya həyata keçirilib.
Qeydə alınan dövriyyə 2,3 milyard dollar olub. Dünya üzrə uçuşların 14 faizi BƏƏ və Qətər üzərindən həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, Yaxın Şərqdə qarşıdurma Birləşmiş Ərəb Əmirliklərinin hava limanlarındakı rüsumsuz ticarət zonalarına ciddi zərər vurub. Britaniya Turizm İqtisadiyyatı İnstitutunun hesablamasına görə, aeroportların rüsumsuz ticarət zonaları müharibəyə görə hər gün 600 milyon dollar gəlirdən məhrum olur.
2026-cı ildə Yaxın Şərqə uçuşların 11-27 faiz azalması proqnozlaşdırılır. Hesabata görə, Dubayda hər il 23-38 milyon arası əcnəbi turist gəlir. Onlar şəhərdə 56 milyard dollaradək pul xərcləyirlər. Bunun əhəmiyyətli hissəsi rüsumsuz ticarət zonalarında reallaşır.
Vüqar
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.