RU

Dünya Bankı Azərbaycanın real ÜDM artımı ilə bağlı yeni proqnozlarını təqdim edib

Bakı.Trend:

Dünya Bankı Azərbaycanın 2026 və 2027-ci illərdə real ümumidaxili məhsul (ÜDM) artımı ilə bağlı proqnozlarını yenidən nəzərdənkeçirib.

Bu barədə Trendməlumat verir.

Avropa və Mərkəzi Asiya üzrə iqtisadi proqnozun (ECA EconomicUpdate) son yenilənməsinə əsasən, ölkədə real ÜDM artımının 2026-cıildə 2%, 2027-ci ildə isə 1,8% olacağı gözlənilir. Bu göstəricilərmüvafiq olaraq yanvar ayındakı əvvəlki qiymətləndirmə iləmüqayisədə 0,2 və 0,1 faiz bəndi yüksəkdir.

Dünya Bankı 2025-ci ildə Azərbaycanda real ÜDM artımını 1,4%səviyyəsində qiymətləndirir:

“Azərbaycanda daha sərt büdcə siyasəti fonunda investisiyaxərclərinin normallaşması və neft hasilatının kəskin azalması2025-ci ildə artımın 1,4%-ə qədər zəifləməsinə gətirib çıxarıb ki,bu da 2024-cü ilin göstəricisindən demək olar ki, üç dəfəazdır”.

Sənəddə bildirilir ki, Mərkəzi Asiya və Cənubi Qafqazölkələrində kredit aktivliyinin sürətli genişlənməsinin zəifləməsifonunda ötən il real kreditləşmənin artımı bir qədəryavaşlayıb.

“Bəzi ölkələrdə, o cümlədən Azərbaycan və Gürcüstanda daha sərtmakroprudensial tədbirlər, eləcə də (Qazaxıstan və Rumıniyadaolduğu kimi) daha sərt monetar siyasət istehlak kreditləşməsiniməhdudlaşdırıb. Eyni zamanda, Özbəkistanda mikrokreditləri vəsahibkarlıq kreditlərini stimullaşdıran siyasət sayəsində realkreditləşmənin artımı 2024-cü illə müqayisədə iki dəfə artıb”, -deyə hesabatda qeyd olunur.

Məqalədə:
Избранный
25
3
az.trend.az

4Источники