RU

Yevlaxda baş verən hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA - ANBAAN VİDEO

Yevlaxda 5 ay əvvəl maşın vuran azyaşlı ilə bağlı Daxili İşlər Nazirliyindən açıqlama verilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru, polis mayoru Aslan Qiyaslı BAKU.WS-ə bildirib ki, ötən ilin oktyabr ayının 23-də Yevlax şəhəri ərazisində sürücü Elçin Heydərovun idarə etdiyi "Land Rover" markalı avtomobilin velosipedlə hərəkət edən 10 yaşlı R. Abbasovu vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə nəticəsində azyaşlı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qəzaya hüquqi qiymət verilməsi məqsədilə təyin edilmiş avtotexniki ekspertizanın yekun rəyi zərərçəkmiş tərəfi narazı saldığından, 18 mart 2026-cı il tarixdə iş üzrə əlavə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin olunub. Qeyd edilən yol nəqliyyat hadisəsi ilə bağlı hazırda Yevlax Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir.

***17:06

Yevlaxda 5 ay əvvəl maşın vuran azyaşlının vəziyyəti hələ də yaxşı deyil.

Bu barədə uşağın atası Asim Abbasov BAKU.WS-in "qaynar xətti"nə müraciətində bildirib.

Valideynin sözlərinə görə, hadisə 23 oktyabr 2025-ci il tarixində baş verib. Həmin gün onun 9 yaşlı övladını avtomobil vurub. Qəzanın görüntülərinin mövcud olmasına baxmayaraq, ötən təxminən 5 ay ərzində istintaqın gedişi ailəni ciddi narahat edir.

Hazırda azyaşlı ağır vəziyyətdədir. Bildirilir ki, o, bir tərəfli iflicdən əziyyət çəkir və uzunmüddətli müalicə, eləcə də reabilitasiya prosesinə ehtiyac duyur.

Ailə həm maddi, həm də mənəvi baxımdan çətin vəziyyətdə olduqlarını vurğulayır və məsələnin daha diqqətli araşdırılmasını, ədalətli qərarın verilməsini istəyir.

Избранный
4
1
far.az

3Источники