RU

Damarlarına basmayın: Əsəbləşəndə tanınmaz dərəcədə dəyişən dörd bürc

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Bürclər aləmində hər bürcün özünəməxsus enerjisi olsa da, bəzilərinin qəzəbi əsl fırtınaya çevrilir. Astrologiya ilə məşğul olanlar idarəçi planetlərin və elementlərin təsiri nəticəsində dörd bürcün digərlərindən daha sərt reaksiya verdiyini bildirirlər. Demokrat.az xəbər verir ki, bu bürclərin səbir kasası dolanda bəzən vulkan kimi partlayır, bəzən isə səssiz şəkildə qarşı tərəfin həyatını alt-üst edirlər.Qoç bürcü bu siyahıda ilk sırada gəlir. Mars tərəfindən idarə olunan bu bürc odlu təbiəti ilə seçilir. Onlar üçün səbir anlayışı demək olar ki, yoxdur. Qoç əsəbiləşəndə nəticəsini düşünmədən ağlına gələn ən ağır sözləri deyə bilər. Onların qəzəbi qəfil başlayan fırtınanı xatırladır. Tez sakitləşsələr də, həmin qısa müddətdə vurduqları mənəvi zərəri aradan qaldırmaq çətin olur.Əqrəb bürcünün qəzəbi isə planlı və dərin xarakter daşıyır. Bir Əqrəbi həqiqətən qəzəbləndirmək onun “qara siyahısına” düşmək deməkdir. Onlar sadəcə qışqırmaqla kifayətlənmir, eyni zamanda intiqam planı qururlar. Əqrəbin hirsi saman alovu kimi tez sönmür, aylarla daxildə yığılıb qalır. Onlar qarşı tərəfi ən zəif nöqtəsindən vurmağı və bunu birbaşa gözlərinin içinə baxaraq etməyi bacarırlar.Oğlaq bürcü qəzəbini səssiz və soyuqqanlı şəkildə nümayiş etdirir. Satürnün təsiri altında olan Oğlaqlar lazımsız dramdan uzaq durmağa çalışırlar. Onlar əsəbiləşəndə bağırmaq əvəzinə, qarşı tərəfi həyatlarından tamamilə çıxarmağı üstün tuturlar. Oğlaqın soyuqqanlılığı və bəzən tək bir cümlə ilə qarşısındakının özünəinamını sarsıtması onları ən təhlükəli rəqiblərdən birinə çevirir.Siyahının ən gözlənilməz nümayəndəsi isə Balıqlardır. Kənardan sakit və xəyalpərəst görünsələr də, qəzəbləndikdə manipulyasiya qabiliyyətlərindən istifadə edə bilirlər. Balıqlar birbaşa hücum etmək əvəzinə, passiv-aqressiv davranışa üstünlük verirlər. Onlar səssiz qalaraq və ya özlərini zərərçəkmiş kimi göstərərək ətrafdakı insanları qarşı tərəfə qarşı yönləndirə bilirlər. Bu bürclərin hər birinin öz sərhədləri var və həmin sərhədlərin aşılması çox vaxt ciddi nəticələrə səbəb olur.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
38
demokrat.az

1Источники