RU

Məqsəd görünüşü dəyişmək deyil, itirilmiş funksiyanı qaytarmaqdır - Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının baş həkimi

Bakı. Trend:

Səhiyyə Nazirliyinin dəstəyi ilə Əziz Əliyev adına AzərbaycanDövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeniPlastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının əsas fəaliyyətistiqaməti ilk növbədə rekonstruktiv (bərpaedici) əməliyyatlardır.Məqsəd yalnız xarici görünüşü dəyişmək deyil, insanın zədələnmiş vəya itirilmiş bədən hissəsini mümkün qədər əvvəlki vəziyyətinəqaytarmaqdır.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı nazirliyin Əziz Əliyev adınaAzərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdindəyaradılan yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının başhəkimi Dilqəm Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, rekonstruktiv əməliyyatlar əsasən qəza vətravmalardan sonra alınan xəsarətlərlə bağlı aparılır:

“Alınan travmalar nəticəsində üz, əl və ya bədənin başqahissəsində deformasiya yaranarsa, biz həmin nahiyəni yenidənformalaşdırırıq. Yanıq hallarında sonra dəri büzüşür, hərəkətməhdudlaşa bilər. Bu zaman xüsusi əməliyyatlarla həm görünüş, həmdə hərəkət funksiyası bərpa olunur. Onkoloji əməliyyatlardan sonraməsələn, süd vəzi xərçəngi səbəbilə döş götürüldükdən sonra yenidənformalaşdırılması (rekonstruksiya) aparılır ki, pasiyent həmfiziki, həm də psixoloji olaraq özünü daha yaxşı hiss etsin.Anadangəlmə qüsurlar o cümlədən, dodaq-damaq yarığı kimi problemlərəməliyyatla düzəldilir və uşaq normal danışıq və qidalanmafunksiyasına qovuşur. Mikrocərrahiyyə əməliyyatları, çox incə damarvə sinirlərin bərpası aparılır.
Baş həkim qeyd edib ki, bu əməliyyatların əsas fərqi ondadır ki,onlar yalnız görünüş üçün deyil, insanın normal yaşaması üçünvacibdir.

Bununla yanaşı, klinikamızda estetik əməliyyatlar da genişşəkildə həyata keçirilir. Bu əməliyyatlar daha çox insanın özgörünüşündən razı qalması və özünə inamının artması üçünedilir.

D.Məmmədov qeyd edib ki, klinikada ən çox edilən estetikəməliyyatlar burun (rinoplastika), göz qapağı, qarın(abdominoplastika) piylərin götürülməsi (liposaksiya) süd vəziəməliyyatları aparılır. Həmçinin, minimal prosedurlar olan iynəvasitəsilə edilən botoks və dolğularla qırışlar azaldılır və üzədaha təravətli görünüş verilir.

Biz estetik əməliyyatlarda da çalışırıq ki, nəticə təbiigörünsün və insanın özünə uyğun olsun, yəni süni dəyişikliklərdənuzaq dururuq.

Hədəf pasiyent auditoriyamız genişdir – həm sağlamlığını bərpaetmək istəyən pasiyentlər, həm də görünüşünü yaxşılaşdırmaq istəyənşəxslər bizə müraciət edə bilər. Amma bizim üçün tibbi zərurətiolan rekonstruktiv əməliyyatlar hər zaman daha ön plandadır.

İcbari tibbi sığorta isə əsasən məhz bu cür zəruri rekonstruktivəməliyyatları əhatə edir. Estetik məqsədli əməliyyatlar isə hazırdabu paketə daxil deyil.

Избранный
19
2
az.trend.az

5Источники