RU

Güclü yağış Türkiyədə fəlakətə səbəb oldu: Ölənlər var

Türkiyədə Osmaniyə vilayətinin Kadirli rayonunda güclü yağış fəlakətə səbəb olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, dünən gecə güclü yağışdan sonra Bülbül və Savrun çaylarında suyun səviyyəsi yüksəlib. Nəticədə yaşayış məntəqələri su altında qalıb.

Bir çox nəqliyyat vasitəsi daşqın suları altında qalıb, evlər və yerləri isə ciddi ziyan görüb.

Daşqın nəticəsində 2 nəfər - Fatih Anbarcıoğlu və Hüseyin Kul həlak olub.

Axtarış-xilasetmə qrupları bölgədə işlərini davam etdirir. Daşqının vurduğu ziyanın miqyasını müəyyən etmək üçün araşdırma aparılır.

Избранный
3
41
publika.az

10Источники