RU

Qalib Qasımov vəzifəsindən azad edildi

Qərbi Azərbaycan İcması Aparatında kadr dəyişikliyi baş verib.

Milli.Az xəbər verir ki, Aparat rəhbəri Qalib Qasımov başqa iş təklifini qəbul etdiyi üçün öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, Qalib Qasımov bundan sonra da Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının və Basarkeçər İcmasının üzvü kimi ictimai fəaliyyətini davam etdirəcək.
Qərbi Azərbaycan İcması adından Qalib Qasımova gələcək fəaliyyətində uğurlar arzu edirik.

Milli.Az

Избранный
1
13
milli.az

10Источники