Antalya-Isparta magistral yolunda yük avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumatlara görə, hadisə nəticəsində 7 nəfər həyatını itirib, 7 nəfər isə yaralanıb.
Hafta.az xəbər verir ki, sürücüləri və nömrə nişanları hələlik müəyyən edilməyən yük avtomobili ilə mikroavtobus yüksək sürətlə toqquşub.
Zərbənin gücündən hər iki nəqliyyat vasitəsi ağır zədələnib, əraziyə çoxsaylı təcili tibbi yardım, yanğınsöndürən və jandarma qrupları cəlb edilib.
Xilasetmə qrupları mikroavtobusda sıxılıb qalan şəxsləri çıxarmaq üçün işlərini davam etdirir. Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb. Qəza səbəbindən yolda hərəkət məhdudlaşdırılıb və hadisə ilə bağlı genişmiqyaslı istintaq başladılıb.