RU

Kollektorların üzərində 1600-ə yaxın tikili var - Bu problemi necə həll edək? (VİDEO)

Kollektorların üzərində 1600-ə yaxın tikili var - Bu problemi necə həll edək? (VİDEO)

Bakıya yağan normadan artıq yağışdan sonra kollektor üzərində tikilən evlər məsələsi yenidən gündəmə gəlib. Bir evin sökülməsinə baxmayaraq, hazırda yağış kollektorlarının üzərində inşa edilmiş çoxsaylı tikilinin taleyi sual altındadır.

AFN.az xəbər verir ki, “Baku TV” mövzu ilə bağlı geniş süjet hazırlayıb. Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğuya cavab olaraq bildirilib ki, Bakı Sukanal İdarəsinin balansında və istismarında olan kanalizasiya, yağış kollektorlarının mühafizə zolağında, eyni zamanda kollektorların üzərində 1600-ə yaxın tikili mövcuddur.

Açıqlamada qeyd olunub: “Bu səbəbdən də xətlərin üzərində inşa edilən tikililərin yaratdığı izafi yüklənmə, eləcə də xətlərə vaxtlı-vaxtında texniki qulluğun göstərilməsinin mümkünsüzlüyü nəticəsində qəzalar baş verir. Bu qəzaları baş verən anda aradan qaldırmaq mümkün olmur. Çünki hər hansı qazıntı işləri aparılacağı təqdirdə tikililər həyati təhlükəyə səbəb ola bilər”.

Mütəxəssislər xəbərdarlıq edir ki, kollektorların mühafizə zonasında olan bu tikililər həm infrastrukturun idarə olunmasını çətinləşdirir, həm də sakinlər üçün ciddi risk yaradır. Problemin həlli istiqamətində müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.

Избранный
21
6
afn.az

7Источники