RU

Yüksək Liqa: “DH Volley” və “Turan” finala yaxınlaşdılar – ARENA.AZ

Qadın voleybolçular arasında keçirilən Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün yarımfinal mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, raundun hər iki qarşılaşması eyni gündə baş tutub.

Görüşlər Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.

İlk olaraq “Gəncə” “Turan”la üz-üzə gəlib. Qarşılaşma Tovuz təmsilçisinin 3:0 (25:22, 25:12, 25:13) hesablı qələbəsi ilə bitib. “Milli Aviasiya Akademiyası”nın “DH Volley” ilə oyununda isə ikincilər qələbə qazanıblar – 3:0 (25:22, 25:19, 25:19).

Tərəflər arasında ikinci görüşlər aprelin 11-i və 13-də baş tutacaq.

Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarət olacaq. Nəticəyə əsasən komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün “qızıl set” oynanılacaq.

Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.

Yüksək Liqa
Yarımfinalın ilk oyunları
8 aprel

“Gəncə” – “Turan” 0:3 (22:25, 12:25, 13:25)
“Milli Aviasiya Akademiyası” – “DH Volley” 0:3 (22:25, 19:25, 19:25)

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
5
6
arena.az

10Источники