RU

Türkiyədə İsrail konsulluğuna hücumdan sonra təxminən 200 nəfər saxlanıldı

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyənin 34 əyalətində keçirilən irimiqyaslı əməliyyatlar nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 198 nəfər saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Nazirin sözlərinə görə, eyni vaxtda həyata keçirilən əməliyyatlar çərşənbə axşamı İstanbuldakı İsrail Baş Konsulluğuna edilən hücumdan dərhal sonra başladılıb. Aparılan araşdırmalar zamanı konsulluğa hücum edən və təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilən terrorçunun İŞİD üzvü olduğu müəyyən edilib.

"Əməliyyatlar İstanbul, Adana, İzmir, Trabzon və Yalova da daxil olmaqla, regional prokurorluqlarla koordinasiyalı şəkildə 34 əyalətdə eyni vaxtda həyata keçirilib. Ümumilikdə 273 nəfərə qarşı istintaq tədbirləri görülüb və onlardan 198-i saxlanılıb", - deyə Akın Gürlek bildirib.

Hazırda hadisənin bütün detallarının aydınlaşdırılması üçün İstanbul Baş Prokurorluğu tərəfindən hərtərəfli istintaq davam etdirilir.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
31
1
redaktor.az

2Источники