RU

Psixoloq Aytən Ələkbərova: “Uzunmüddətli stress sinir sisteminə zərər verir, yuxu rejimini pozur, yaddaşı zəiflədir”

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Həyatınızda sizə çətinlik yaradan insanlar varsa daha tez yaşlanırsınız. Araşdırma ABŞ Milli Elmlər Akademiyasının rəsmi jurnalında nəşr olunub. Buna görə, problemlər yaradan və ya həyatını daha çətin edən insanlar insan həyatı və sağlamlığı üzərində mənfi təsirə malikdir. Araşdırmada 2 mindən çox insan iştirak edib. İştirakçıların son 6 ay ərzindəki sosial əlaqələri nəzərdən keçirilib. DNA dəyişikliklərini izləyə bilmək üçün tüpürcək nümunələri də araşdırmaya daxil edilib. Nəticələr göstərib ki, iştirakçıların müntəzəm ünsiyyət qurduğu hər yeni narahatedici şəxs üçün yaşlanma sürətləri 1,5% artıb. İnsanların təxminən 30%-nin ətrafında ən az bir problem yaradan insan olduğu müəyyən edilib.Bəs bu insanlar yaşlanmaya necə səbəb olur?

Problem çıxaran insanlar psixoloji olaraq stress yaradır. Stress artdıqca kortizol səviyyəsi yüksəlir və bu da ürək və metabolik problemlərə səbəb ola bilər. Eyni zamanda telomerlərin qısalması, yəni hüceyrəvi yaşlanma, streslə birlikdə sürətlənə bilər. Buna görə, sürətlə yaşlanmaq istəmirsinizsə, həyatınıza daxil olan insanlara diqqət yetirməyi unutmayın.

Çətin insanlar ilə ünsiyyət stressi necə artırır və bu stressin fiziki sağlamlığa təsiri nədir?

Psixoloq Aytən Ələkbərova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün müraciət edən insanların bir qismi iş yoldaşları, ailə üzvləri və ya qonşuları ilə yaşadıqları problemlərdən şikayət edir: “Ümumiyyətlə, stress yaradan insanla davamlı təmas yalnız psixoloji baxımdan narahatlıq yaratmır ki? Eyni zamanda orqanizmin fizioloji sisteminə də birbaşa təsir göstərir. Belə hallarda bədəndə kortizol və adrenalin hormonlarının səviyyəsi yüksəlir. Bu isə orqanizmdə “döyüş və ya qaç” reaksiyasını aktiv saxlayır. Uzunmüddətli belə vəziyyət sinir sisteminin tükənməsinə, yuxu pozuntularına, diqqət və yaddaşın zəifləməsinə gətirib çıxarır.

Əgər bir insan çətin xarakterli valideynlərlə eyni evdə yaşayırsa, bu xüsusilə uşaqlar və yeniyetmələr üçün daha ciddi təsir yaradır. Müşahidələr göstərir ki, yeniyetmələrdə bu vəziyyət ya aqressiya, ya da passiv davranış formasında özünü göstərə bilər. Eyni zamanda belə stressli mühit immun sisteminə də mənfi təsir edir. Nəticədə insan daha tez-tez xəstələnir və infeksiyalara qarşı həssaslığı artır.

Sağalma müddətinin uzanması da müşahidə olunur. Görürük ki, stress insanın həzm sisteminə də ciddi təsir göstərir. Bu zaman mədə ağrıları, iştahanın azalması və ya əksinə, həddindən artıq artması kimi hallar ortaya çıxır. Bəzi hallarda bu vəziyyət bulimiyaya qədər gedib çıxa bilər. İnsan yediyi qidanın təxminən 80%-də doyma siqnalını hiss etmir.

Çətin insanlarla davamlı ünsiyyət zamanı, hər şeyə etiraz edən, tez-tez mübahisə aparan şəxslərin təsiri nəticəsində həm fiziki, həm də psixoloji sağlamlıq zərər görür. Bu kimi hallarda bədəndə əzələ gərginliyi yaranır. Çünki stressli insanlarla ünsiyyət zamanı orqanizmdə mikrogərginlik formalaşır ki, bu da boyun və çiyin ağrılarına, baş ağrılarına və xroniki yorğunluğa səbəb olur. Bu təsirlər xüsusilə hava dəyişiklikləri zamanı daha qabarıq hiss edilə bilər.

Psixoloji baxımdan isə məsələ təkcə hadisələrin özü ilə bağlı deyil. Qarşı tərəfin emosional reaksiyası, davamlı tənqid, manipulyativ davranış və emosional yüklənmə də insanın vəziyyətinə təbii olaraq ciddi təsir edir. Belə münasibətlər nəticəsində insanın də fiziki durumu mənfi istiqamətdə dəyişə bilər”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
51
bizimyol.info

1Источники