ABŞ-ın vitse-prezidenti C.D. Vens Rusiya və Ukrayna arasında davam edən müharibə ilə bağlı diqqət çəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, Vens bildirib ki, hazırda söhbət faktiki olaraq “bir neçə kvadrat kilometr ərazi uğrunda alver”dən gedir.
Onun sözlərinə görə, bu mübarizənin bədəli isə yüz minlərlə gəncin həyatıdır.
ABŞ rəsmisi ritorik sual ünvanlayaraq soruşub: bu qədər insan itkisi bir neçə kilometr torpaq üçün dəyərmi? O vurğulayıb ki, həm rus, həm də ukraynalı gənclər bu müharibədə həyatını itirir.
Bu açıqlama təkcə humanitar mesaj kimi deyil, həm də Vaşinqtonun Kiyevə ünvanladığı siyasi siqnal kimi qiymətləndirilir. Belə ki, Vensin bu çıxışı ABŞ-ın Ukraynaya dolayı şəkildə ərazi güzəştlərinə getməsi üçün təzyiq göstərdiyini və rəsmi Kiyevi kompromisə sövq etdiyini göstərir.
Musavat.com