RU

Qətər İqtisadi Forumu təxirə salınıb

Qahirə, 8 aprel, AZƏRTAC

Bu il mayın 12-dən 14-dək Dohada keçirilməsi planlaşdırılan VI Qətər İqtisadi Forumu təxirə salınıb. Forum cari il ərzində təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, bu qərar təşkilatçılar - “Bloomberg” Media Şirkəti və Qətər Ticarət və Sənaye Nazirliyinin tərəfdaşlarla məsləhətləşmələri nəticəsində regiondakı hazırkı vəziyyət nəzərə alınaraq qəbul edilib.

Qətər İqtisadi Forumu dünya iqtisadiyyatı barədə fikir mübadiləsi aparmaq üçün dövlət başçılarını, siyasətçiləri və iş adamlarını bir araya gətirən aparıcı qlobal platformadır.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Избранный
18
2
azertag.az

3Источники