RU

“Şuşa Parkı”nın tikintisi və rekonstruksiyasına dair saziş Bolqarıstan tərəfindən təsdiq edilib

Sofiya, 9 aprel, AZƏRTAC

Bolqarıstanın Nazirlər Şurası Azərbaycanla Bolqarıstan arasında Bolqarıstanın Veliko Tırnovo şəhərində “Şuşa Parkı”nın tikintisi və yenidən qurulması üzrə əməkdaşlığa dair sazişin ratifikasiyası barədə qərar qəbul edib.

Azərbaycanın Bolqarıstandakı səfiriliyindən AZƏRTAC-a bildirilib ki, bir tərəfdən Bolqarıstan hökuməti və Veliko Tırnovo Bələdiyyəsi, digər tərəfdən isə Azərbaycan hökuməti arasında Bolqarıstanın Veliko Tırnovo şəhərində ‘Şuşa Parkı’nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında” saziş 11 fevral 2026-cı il tarixində Sofiya şəhərində Azərbaycan Dövlət şəhərsalma və arxitektura Komitəsinin sədri Anar Quliyev və Bolqarıstanın xarici işlər naziri Qeorq Qeorgiyev tərəfindən imzalanıb. Şuşa ilə Veliko Tırnovo arasında qardaşlaşmış şəhər münasibətlərinə əsaslanan bu təşəbbüs yerli səviyyədə əməkdaşlığa yeni dinamika qazandırmaqla yanaşı, Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq çərçivəsində mədəni və təhsil sahələrində əlaqələrin daha da genişlənməsinə xidmət edir.

Qeyd olunub ki, yaradılacaq park Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin adını daşıyacaq və bu təşəbbüs ölkəmizin zəngin tarixi-mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət etməklə yanaşı, Azərbaycan–Bolqarıstan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə töhfə verəcək.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
Избранный
17
3
azertag.az

4Источники