RU

Mina təhlükəsi: İran Hörmüz boğazında alternativ marşrutlar tətbiq edib...

Tehranın tətbiq etdiyi yeni qaydalara görə gəmilərin hərəkəti SEPAH-la koordinasiyaya olunmalıdır...

Poliqon xəbər verir ki, İran rəsmi şəkildə Hörmüz boğazından keçən gəmilər üçün alternativ marşrutların tətbiq edildiyini elan edib. Regionda hərbi vəziyyətlə əlaqədar yayılan müraciətdə əsas naviqasiya zonasında dəniz minalarının mövcud ola biləcəyi barədə xəbərdarlıq edilib.

Yeni qaydalara əsasən, bütün gəmilər boğazdan keçidi İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əvvəlcədən koordinasiya etməlidir. Bildirilir ki, Fars körfəzinə giriş artıq Lark adasının şimal hissəsindən, çıxış isə cənub hissəsindən həyata keçirilməlidir.

Qeyd olunur ki, bu tədbirlər ən azı aprelin ortalarına qədər qüvvədə olacaq və dünyanın ən vacib enerji və ticarət marşrutlarından biri hesab edilən Hörmüz boğazında logistikanı ciddi şəkildə dəyişdirəcək.

Ekspertlərin fikrincə, mina təhlükəsi ilə bağlı xəbərdarlıq və marşrutların dəyişdirilməsi beynəlxalq gəmiçiliyin təhlükəsizliyinə əlavə risklər yaradır və neft bazarlarında qeyri-müəyyənliyi artırır. Analitiklər hesab edirlər ki, bu addım həm təhlükəsizlik tədbiri, həm də regionda strateji nəzarətin gücləndirilməsi məqsədi daşıyır.

Poliqon.info

Избранный
53
poliqon.info

1Источники