RU

Miroşnik: Rusiya Ukrayna ilə bağlı danışıqların bərpasını təxirə salmayacaq

Bakı, 9 aprel, AZƏRTAC

Rusiya Ukrayna ilə bağlı danışıqların bərpasını təxirə salmayacaq. Baxmayaraq ki, vəziyyət Amerika Birləşmiş Ştatlarının (ABŞ) İranla dialoq üçün kimi təyin etməsindən asılı ola bilər.

AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib.

O deyib ki, bu formatda danışıqlar aparmaq üçün üç tərəfin - Rusiya, ABŞ və Ukraynanın razılığı tələb olunur:”İndi çox şey ABŞ-nin İranla danışıqlarında onları kimin təmsil edəcəyi ilə bağlı qərarından asılıdır. Əgər söhbət eyni danışıqçılardan gedirsə, bu an bir qədər gecikə bilər ki, bu da Ukraynada nizamlanma üçün danışıqlar yolunda davam etmək və ya irəliləmək üçün fundamental maneə yaratmır. Hər halda, inanıram ki, Rusiya tərəfdən danışıqlar prosesinin bərpasında heç bir maneə və ya gecikmə olmayacaq”.

Избранный
50
2
azertag.az

3Источники