Yazını böyüt
Yazını kiçilt
Amerika Birləşmiş Ştatları (ABŞ) İrana Livanın atəşkəsə daxil edilməsi ilə bağlı heç bir vəd verməyib.
Hafta.az xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Macarıstanın paytaxtı Budapeştdə jurnalistlərə bildirib.
O, bu məsələ ilə əlaqədar iki tərəf arasında anlaşılmazlığın olduğunu iddia edib:
”Düşünürəm ki, iranlılar atəşkəsin Livana şamil olunduğunu fikirləşirdilər, amma belə deyil”.
Vitse-prezident atəşkəsin İrana, ABŞ-nin müttəfiqlərinə, İsrailə və Körfəz dövlətlərinə şamil ediləcəyinin bildirildiyini diqqətə çatdırıb.