Bu gün UEFA Avropa Liqasının 1/4 final mərhələsinin növbəti oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, dünən start götürən mərhələ çərçivəsində bu gün daha üç matç baş tutacaq.
İtaliya təmsilçisi “Bolonya” İngiltərənin “Aston Villa” klubunu qəbul edəcək.
Portuqaliyada “Portu” ilə İngiltərənin digər təmsilçisi “Nottingem Forest” üz-üzə gələcək.
"Frayburq" isə Almaniyada İspaniya "Selta"sı ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qarşılaşmalar Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Qeyd edək ki, 1/4-in ötən gün baş tutan ilk görüşündə Portuqaliya təmsilçisi “Braqa” İspaniya klubu “Real Betis”lə 1:1 hesablı heç-heçə edib.
UEFA Avropa Liqası
1/4 final, ilk oyunlar
9 aprel
23:00. Frayburq (Almaniya) - Selta (İspaniya)
23:00. Bolonya (İtaliya) - Aston Villa (İngiltərə)
23:00. Portu (Portuqaliya) - Nottingem Forest (İngiltərə)